Ankara-Bakı təyyarəsi ilə bağlı nə baş verib? - AZAL-dan   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Ankara-Bakı təyyarəsi ilə bağlı nə baş verib? - AZAL-dan AÇIQLAMA

Hadisə

11 Mart 2024 18:55 3514


“Azərbaycan Hava Yolları” aviaşirkətinin Ankara-Bakı marşrutu üzrə J2 8004 reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəbdən gecikir.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən Yenisabah.az-a məlumat verilib.

Bildirilib ki, reysin sərnişinləri Esenboğa Beynəlxalq Hava Limanına yaxın hoteldə yerləşdiriləcək və aviaşirkətin qaydalarına uyğun olaraq qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər. Toyuqlu pizza

Əlavə suallar yarandıqda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Aviaşirkət yaranmış narahatlığa görə üzr istəyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!