Ankara küçələri su altında qaldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ankara küçələri su altında qaldı - Fotolar

Hadisə

11 İyun 2021 23:15 1263


Ankarada artıq bir neçə gündür davam edən leysan yağışlar ciddi fəsadlara səbəb olub.

Yenisabah.az xəbər verir ki, günorta saatlarında yağan intensiv yağış şəhər sakinlərinin həyatını çətinləşdirib.

Xüsusən də, Sincan qəsəbəsində küçələr gölə çevrilib. Bəzi ofis və yaşayış evlərini, binaların zirzəmisində yerləşən avtodayanacaqları su basıb. Dördpendirli pizza

Şəhər bələdiyyəsi əməkdaşlarının səyləri nəticəsində leysanın fəsadları qismən aradan qaldırılıb.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!