Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar bu il ali təhsil müəssisələrinə qəbul imtahnında 700 bal toplayan tələbəyə zəng edib.
Yenisabah.az Anadolu Agentliyinə istinadla bildirir ki, Necdet Ünüvar gələcək tələbəsinə zəng edərək ürək sözlərini bildirib: "Çox yaxşı bir təhsil müəssisəsini seçmisiniz. Ankara Tibb Türkiyənin ən yaxşı ali məktəblərindən biridir. Ankara Universiteti olaraq sizi həyəcanla gözləyirik. Ən gözəl şəkildə təhsil almağın üçün əlimizdən nə gəlirsə, maddi və mənəvi, hər cür dəstək olacağıq", - Ünüvar qeyd edib.
Rektor Nigar Ağazadənin anasına müraciət edərək, "Qızınıza qızımız kimi, gözümüz kimi baxacağıq, gözünüz arxada qalmasın" deyib. pizza sifarişi
Telegram kanalımız