Ankara və İrəvan tələbələrə qarşılıqlı təqaüd verilməsini müzakirə edir

saytların hazırlanması

Evə çatdırılma

Ankara və İrəvan tələbələrə qarşılıqlı təqaüd verilməsini müzakirə edir

Dünya

23 Mart 2026 12:51 444


Türkiyə ilə münasibətlərimiz kifayət qədər dinamik, pozitiv və ümidverici dialoq şəklindədir.

“Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Xarici Əlaqələr Komissiyasının iclasında deyib.

“Ermənistan ilə Türkiyə arasındakı dialoq artıq kifayət qədər irəliləyib ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması mümkün olsun. Biz bunu türk tərəfdaşlarımıza da bildiririk”, - Mirzoyan qeyd edib. Pepperoni pizza

Ararat Mirzoyan iştirakçılara xatırladıb ki, İrəvan və Ankara arasında artıq aydın razılaşmalar mövcuddur və onların icrası hər iki ölkədə irəliləyir.

“Hazırda tərəflər hətta iki ölkənin universitetlərində qarşılıqlı tələbələr üçün təqaüdlərin yaradılması imkanını müzakirə edirlər,” - Mirzoyan bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!