Ankarada “Azərbaycan gecəsi” adlı konsert təşkil olundu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ankarada “Azərbaycan gecəsi” adlı konsert təşkil olundu - Fotolar

Mədəniyyət

11 Yanvar 2025 14:30 761


Azərbaycanın Türkiyədəki səfirliyinin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Ankarada “Azərbaycan gecəsi” adlı konsert proqramı təşkil olunub.

"Report"un yerli bürosu xəbər verir ki, Ankarada Gənclik Parkının Mədəniyyət Mərkəzində baş tutan mərasimdə diplomatlar, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təmsilçiləri, mədəniyyət və ictimaiyyət xadimləri, orada yaşayan azərbaycanlılar iştirak ediblər.

Mərkəzin direktoru Samir Abbasov iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışıb, Türkiyə və Azərbaycan xalqlarının bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində tarixi yaxınlığına diqqət çəkib. pizza mizza

S.Abbasov ilk dəfə olaraq Antalya, İzmir, Marmaris və İstanbulda Azərbaycanın yaradıcı kollektivlərinin və incəsənət xadimlərinin iştirakı ilə Azərbaycan İncəsənəti Günü tədbirlərinin keçirildiyini söyləyib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Serkan Erkmen son illərdə Türkiyə və Azərbaycanın 13 ortaq mədəni irs obyektinin UNESCO-nun qeyri maddi-mədəni irs siyahısına təqdim edildiyini bildirib.

Tədbirdə Mədəniyyət Mərkəzinin Azərbaycan Xalq Rəqsləri Ansamblına yeni ad - "Zəngəzur" adı verilib.

Konsert proqramı bədii hissə ilə davam edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!