Ankarada sel və daşqın 

saytların hazırlanması

Evə çatdırılma

Ankarada sel və daşqın 

Hadisə

12 İyun 2021 06:59 665


İyunun 11-də günorta saatlarından başlanan güclü yağış Türkiyənin paytaxtı Ankarada sel və daşqınlara səbəb olub. Paytaxtın Sincan rayonunun Ayaş yolunda onlarla avtomobil su altında qalıb. İctimai nəqliyyatda, dayanacaqlarda ciddi problemlər yaşanıb.

“Yeni Sabah” xəbər verir ki, güclü yağış səbəbindən şəhərin əsasən çökək ərazilərindəki yolları, tikintilərin giriş qatlarını və zirzəmiləri sel basıb. Tunel və aşağı keçidlərdə qalan avtomobillər dartılaraq çıxarılıb. Şəhər rəhbərliyi fəsadları aradan qaldırmaq üçün ərazilərə böyük nasoslar və aqreqatlar cəlb edib.

Metroloqlar güclü yağış, tufan və küləkli hava şəraitinin Anadolunun əksər bölgələrində davam edəcəyinə dair məlumat yayıb. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!