Ankaradan daha bir xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Ankaradan daha bir xəbərdarlıq

Siyasət

25 Mart 2026 22:58 998


Türkiyə rəhbərliyi Körfəz ölkələrinin ABŞ və İsrailin İranla apardığı hərbi münaqişəyə birbaşa cəlb olunmasının qarşısını almaq üçün diplomatik təzyiqləri artırıb.

“Yeni Sabah” xəbər verir ki,  rəsmi Ankara region ölkələrinin münaqişəyə qoşulmasının "dağıdıcı nəticələr" doğuracağı barədə xəbərdarlıq edib.

Məxfi danışıqlar barədə məlumatı olan mənbələrin bildirdiyinə görə, Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın rəhbərliyi ilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər rəsmiləri ilə silsilə görüşlər keçirilib. Türkiyə tərəfi bu ölkələri aktiv hərbi əməliyyatlara qoşulmamağa çağırıb. Dominos pizza

Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan regionda bir "yıpratma savaşı"nın (tükəndirmə müharibəsi) tərəfdarı olmadığını və bu prosesin Qərbin bölgədəki nüfuzunu süni şəkildə artırmasına xidmət edə biləcəyini vurğulayıb. (Bloomberg)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!