Ankaranın Atakule qülləsi üzərində Azərbaycan bayrağı əks olundu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ankaranın Atakule qülləsi üzərində Azərbaycan bayrağı əks olundu - Fotolar

Rəsmi

27 Sentyabr 2021 22:31 830


Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi 27 sentyabr - Anım Günü ilə əlaqədar xüsusi dizaynla işıqlandırılıb.

Yenisabah.az xəbər verir ki, işıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub.

Həmçinin Atakule üzərində “Azərbaycan-Türkiyə: Bir millət, iki dövlət!” ifadəsi də əks etdirilib. Dominos pizza

Qeyd edək ki, milli təqvimimizə aid mühüm günlərdə Atakulenin Azərbaycana dəstək və həmrəylik nümayişi məqsədilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılması ənənə halını alıb.

İşıq şou yerli kütləvi informasiya vasitələri tərəfindən də geniş işıqlandırılıb.

/Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!