Ermənistan-Azərbaycan dövlət sərhədinin müəyyən hissələrinin, o cümlədən anklav və eksklavların demarkasiyası üzrə işlər “Ermənistan və Azərbaycan arasında sərhəd təhlükəsizliyi və dövlət sərhədinin demarkasiyası üzrə komissiyanın və Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçiriləcək.
"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi məlumat yayıb.
"Eyni reqlament komissiyalar tərəfindən qəbul edilmiş qərarların və/və ya sazişlərin qüvvəyə minməsi qaydasını müəyyən edir. Komissiyanın qərarları heç bir başqa prosedurla qəbul edilməyib və qəbul edilməyəcək", - deyə məlumatda bildirilir. Dominos pizza
Telegram kanalımız