Anna Akopyanın 28 yaşlı qohumu Gümrünün rəhbəri oldu

saytların hazırlanması

Evə çatdırılma

Anna Akopyanın 28 yaşlı qohumu Gümrünün rəhbəri oldu

Maraqlı

15 Mart 2023 23:51 948


Gümrü Ağsaqqallar Şurasının “Mülki müqavilə” fraksiyasından olan üzvü Vaaqn Mkrtçyan martın 15-də şəhər merinin müavini seçilib.

Yenisabah.az bu barədə erməni mediasına istinadən bildirir. Qeyd olunub ki, David Aruşanyan hakim Dövlət Duması partiyasından deputat olduqdan sonra bu vəzifə boş qalmışdı.

Gümrü Ağsaqqallar Şurasının “Mülki müqavilə” fraksiyasının və “Balasanyan” blokunun 21 üzvü onun namizədliyinə səs verib. pizza hut

Merin müavini seçildikdən sonra Mkrtçyan jurnalistlərlə söhbətində Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanla (o, sonuncunun xalası nəvəsidir-red.) qohumluq əlaqələri mövzusuna toxunub. “Şəhərimiz və ölkəmiz o qədər balacadır ki, hansısa məmurla qohumluğu və dostluğu olmayan adam tapmaq mümkün deyil.

Vaaqn Mkrtçyanın 28 yaşı var. Tibb fakültəsini bitirib./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!