“Dünya Bankı Azərbaycan iqtisadiyyatına 4,5 milyard ABŞ dollardan çox investisiya yatırıb”.
Yenisabah.az Report-a istinasdla xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde Bakıda keçirilən “Azərbaycan: Dəyişən qlobal iqtisadiyyatda inkişaf perspektivləri” adlı forumda deyib.
Ümumilikdə Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı, infrastruktur, enerji, ətraf mühit və regionların inkişafı daxil olmaqla, demək olar ki, bütün fəaliyyət sektorlarında 50-yə yaxın layihə həyata keçirib. Marqarita pizza
A.Byerde Dünya Bankının Azərbaycanda neft və su təchizatı sektorunda həyata keçirdiyi iki layihəni xüsusilə vurğulayıb.
O deyib: "Azərbaycanla əməkdaşlığımız ölkənin müstəqilliyinin əldə edilməsindən və iqtisadi transformasiyanın başlanmasından indiyədək davam və inkişaf edir".
Vitse-prezidentin sözlərinə görə, son 30 il ərzində Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə böyüyüb, müxtəlif sahələrdə mühüm islahatlar aparılıb.
Telegram kanalımız