“Keşlə” qış fasiləsində heyətinə daha bir futbolçu cəlb edib.
“Yeni Sabah” klubun rəsmi “Facebook” hesabına istinadən xəbər verir ki, Bakı təmsilçisi anqolalı hücumçu Aleksandr Kristovao ilə mövsümünün sonuna qədər müqavilə bağlayıb.
26 yaşlı futbolçu karyerasına Hollandiyanın “Qroningen” komandasında başlayıb. Anqola yığmasında 5 oyun keçirən və 1 qol vuran Kristovaonun son klubu Səudiyyə Ərəbistanın “Al-Mojzel” komandası olub. Dominos pizza
Qeyd edək ki, paytaxt təmsilçisi bundan öncə Şohruh Qadoyevi (“Bunyodkor”, Özbəkistan) transfer etmişdi.
Telegram kanalımız