Antalyada kanat qəzası - Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Antalyada kanat qəzası - Ölən və yaralananlar var

Hadisə

13 Aprel 2024 11:32 647


Türkiyənin Antalya vilayətində baş verən kanat xətti qəzası nəticəsində kabinələrdə qalan vətəndaşların təxliyə işləri davam edir. 

Yenisabah.az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın hadisə ilə bağlı son açıqlamasına əsasən, indiyədək 15 kabinədəki 98 nəfər xilas edilib. Daha doqquz kabinədə qalanların təxliyəsi istiqamətində işlər aparılır. 

Bölgəyə Türkiyənin müxtəlif qurumlarının 543 nəfərlik axtarış-xilasetmə qrupları, səksən nəfərlik alpinist heyəti eləcə də, bir hərbi karqo təyyarəsi, yeddi helikopter, 108 xüsusi avtomobil, altı ambulans və çoxlu sayda dron cəlb edilib.  Pepperoni pizza

Yaralananlar xüsusi helikopterlərlə xəstəxanalara çatdırılırlar. 

Xatırladaq ki, aprelin 12-də Türkiyənin Antalya vilayətinin Konyaaltı bölgəsində kanat xəttinin dirəklərindən birinin aşması nəticəsində xəttin kabinələrindən biri qayalıq əraziyə düşüb. Hadisə zamanı bir nəfər həlak olub, on nəfər yaralanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!