Antik Romanın əsl varisi kimdir? – 2 ölkə arasında mübahisə

saytların hazırlanması

Evə çatdırılma

Antik Romanın əsl varisi kimdir? – 2 ölkə arasında mübahisə

Dünya

31 Oktyabr 2024 16:19 529


Dünya tarixinin ən qədim və köklü imperiyalarından olan Romanın mənəvi varisliyi uğrunda rəqabət yenidən qızışıb. Ruminyadan sonra bu dəfə Yunanıstan imperiyanın tarixi vərasətinin özlərində olduğunu bildirib.

Yenisabah.az xəbər verir ki, yunan dərs kitablarında və siyasi mədəniyyətində qədim Roma mədəniyyətini Ellin (yunan) mədəniyyəti əsasında formalaşdığı qeyd olunur. “Ellin ruhu” olmadan Romanın "heç" olduğunu vurğulayan yunanlar İtaliyanın bu imperiya üzərində sadəcə coğrafi eyniliyinə malik olduğunu iddia edirlər.

Bu mövzu son vaxtlar Yunanıstan parlamentində artıq bir neçə dəfə müzakirəyə çıxarılıb. pizza sifarişi

Tarixçilərin fikrincə, Roma tarixi gedişatda 2 hissəyə bölünüb və şərqdə qalan hissə, yəni Bizans hər zaman yunanların hegemonluğunda olub. Şərqi Romanın özəyini təşkil edən Konstantinopol (İstanbul), Afina, Saloniki, Smirni (İzmir), Antioxiaa və İsgəndəriyyə kimi, imperiya dövründə tam olaraq yunan əhalidən təşkil olunub. Roma imperiyası latın köklərinə malik olsa da, sonralar sürətlə yunanlaşıb. VIII əsrdən etibarən bürokratik zümrədə, orduda və mədəniyyətdə yunanların sözü keçməyə başlayıb.

Yunanıstan daha öncə Makedoniyalı İsgəndərin tarixi və etnik identifikasiyası ilə bağlı məhkəmədə Şimali Makedoniya dövlətinə qalib gəlib.

Tərəfsiz tarixçilərin araşdırmalarına görə, İsgəndər genetik olaraq əsl yunandır və hazırki makedonlarla heç bir əlaqəsi yoxdur. Məşhur sərkərdə indiki Yunanıstanın Makedoniya vilayətində dünyaya gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!