APA Qərbi Azərbaycan İcmasının qayıdışla bağlı dialoq çağırışlarını dəstəklədi

saytların hazırlanması

Evə çatdırılma

APA Qərbi Azərbaycan İcmasının qayıdışla bağlı dialoq çağırışlarını dəstəklədi

Siyasət

01 Mart 2025 15:51 264


Qərbi Azərbaycan mövzusunda beynəlxalq dəstəyin əldə olunması istiqamətində növbəti addım atılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.

Bildirilib ki, Asiya Parlament Assambleyasının (APA) fevralın 17-21-də Bakıda keçirilmiş sessiyasında qəbul edilmiş yekun sənəddə Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıtması və Qərbi Azərbaycan İcmasının (QAİ) qayıdışla bağlı dialoq çağırışları dəstəklənib. Sezar pizza

Özündə 44 dövlətin parlamentini birləşdirən APA-nın Qərbi azərbaycanlıların qayıdış hüququnu dəstəkləməsi bu mövzunun beynəlxalq sülh və insan hüquqları gündəliyinin əsas məsələlərindən biri kimi qəbul edilməsinin növbəti mötəbər təsdiqidir.

QAİ yekun sənəddə ifadə olunan sözügedən birmənalı dəstəyə görə Milli Məclisə və APA üzvü olan digər dövlətlərin parlamentlərinə təşəkkür edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!