“Aparıb qanımı yoxladırlar...” – İlhamə ilk dəfə danışdı 

saytların hazırlanması

Evə çatdırılma

“Aparıb qanımı yoxladırlar...” – İlhamə ilk dəfə danışdı 

Sosial

14 May 2025 15:53 1853


“TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

Daha sonra təqsirləndirilən şəxs ifadə verib: “Mən narkoman deyiləm. Mənə böhtan atıblar. Aparıb qanımı yoxladırlar, qanım təmiz çıxdı. Kasıbam, bu yaşıma kimi təmiz yaşamışam. Atam da riyaziyyatçı olub… Evimə qayıtmaq istəyirəm”. pizza mizza

Təqsirləndirilən şəxsin vəkil müvəkkili barəsində olan həbs qətimkan tədbirin ev dustaqlığı ilə əvəzləməsi ilə bağlı vəsatət verib.

Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti prosesdə şahidlər dindiriləcək. Poses iyunun 11-də davam etdiriləcək.

Qeyd edək ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!