Aparıcı Zümrüd Bədəlova bir neçə gündür sosial şəbəkələrdə aparılan müzakirələrə münasibət bildirib.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu barədə o, “Xəbər-ətər” verilişində danışıb.
O, Əməkdar artist Aygün Bəylərin vəfatından sonra yazılan şərhlərdən söz açıb: pizza mizza
“Bir ara hər kəs medianı günahkar çıxardı. Guya biz diqqətsizik, sənətkarlara qiyməti gec veririk. Siz bilmirsiz, burada nə yaşanır. Çərçivənin içində olanları görmürsünüz. Əlbəttə, kənardan baxıb fikir bildirmək çox asandır.
Dünən Nigar Camal Aygün Bəylərlə duetini səsləndirdi. Göz yaşlarına boğuldu. Ağlamadan onu necə ifa etmək olardı, bilmirəm, ona belə şərhlər yazmısız ki, guya sağlığında dəyər verdinizmi ki, göz yaşı tökürsüz, ağlayırsız. Bəli. Çünki biz özümüzü tanıyırıq".
Telegram kanalımız