Günay Baxşəliyeva aparıcı ərindən söz açıb.
Yenisabah.az xəbər verir ki, o, heç bir proqramın “Zaurla Günaydın” verilişi qədər yardım etmədiyini bildirib.
“Mən başqa verilişləri də izləyirəm. Uzun müddət ATV-nin baş redaktoru kimi çalışmışam. Belə bir vərdişim var ki, bütün proqramlarla bağlı məlumatım olmalıdır. Həyat yoldaşım olduğu üçün demirəm. Amma Zaurun “Bizimləsən” verilişi uzun müddətdir yayımlanır. Onun komandasının hər həftə yardım etdiyi qədər xəstə heç bir proqramda olmayıb. Mən açıqlıqla deyirəm. Kiminsə sözü varsa, bizdə siyahı var. Azərbaycanın elə bir bölgəsi, ucqar kəndi yoxdur ki, oradan bir ailənin üzvünə kömək edilməsin”. Toyuqlu pizza
Telegram kanalımız