Aparıcı fəxri ad alanları qısqananlara səsləndi:   “Ürəyində xəbislik, kin...“

saytların hazırlanması

Evə çatdırılma

Aparıcı fəxri ad alanları qısqananlara səsləndi: “Ürəyində xəbislik, kin...“

Şou

18 Oktyabr 2021 10:48 1751


Aparıcı Leyla Quliyeva fəxri ada layiq görülən sənətçiləri təbrik edib.

Yenisabah.az xəbər verir ki, onun təbrikləri “Əməkdar artist” fəxri adını alan Elton Hüseynəliyev və Xəyyam Nisanova ünvanlanıb:

"Bir neçə sənət dostumuz fəxri adlarla təltif olundu. Yaradıcı insan üçün bunun necə böyük stimul olduğunu anlamaq çətin deyil. Hər kəs istəyər ki, çəkdiyi zəhmətin bəhrəsini görsün, dəyərini alsın. Səbrlə sevdiyiniz işə xidmət edin. Gec-tez hər kəsə pay düşəcək. Mən onların hər birinin sevincinə şərikəm. Şərik ola bilməyənlərə də bir dost tövsiyəsi - ürəyinizi xəbislik yox, kin yox, sevgiylə qidalandırın. Çünki kiminsə sevincinə qatılanda o hissdən sizə də pay düşür. Fərəhlənirsiniz, neqativ fikirləri özünüzdən qovursunuz, bir də görürsünüz ki, sizin də üzünüz gülür. Vallah, düz sözümdür". Pepperoni pizza

Xatırladaq ki, ötən gün Nadir Qafarzadə isə yenə də ad ala bilmədiyi üçün etiraz edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Nadirə valideyinləri bu boyda ad verib NADİRRRRR.)))) üstelik de Əjdaha Nadir. İndi ərəblər kimi bizde deyək "Mansur Bin Zayed Əl Nahyan əməkdar arartist Nadir əl qeyt?))))
    5 years ago