Aparıcı qızının ad gününə təbrik yazdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Aparıcı qızının ad gününə təbrik yazdı - Video

Şou

10 Fevral 2024 11:21 629


Aparıcı Vüsalə Əlizadə qızı Diləklə bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, o, 12 yaşı tamam olan övladına təbrik yazıb:

“10 fevral - həyatıma qızıl hərflərlə yazılan möcüzə. 10 fevral - dilimdən düşməyən dualarımın, tükənməyən arzularımın, heç vaxt bitməyən ümidlərimin hədiyyəsi. 10 fevral - bir qadının ala biləcəyi ən ali statusu aldığım gün. Möcüzə qızım həyatıma xoş gəldin, Dilək. Ana oldum, həyatımı dəyişdin. pizza

Həyat eşqim, cismimdəki ruhum, dilimdəki duam, dünya içində dünyam, səni mənə verən Allahıma şükürlər olsun. Həyatımın ən böyük mükafatı, dəyəri biçilməz sərvəti,dərd ortağım,həm dostumsan,həm sirdaşım,mübarəkdir yeni yaşın. Sağlam və xoşbəxt böyü pamuk prensesim”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!