Aparıcı Zeynəb Xanlarova barədə: Adamın ürəyi partlayar

saytların hazırlanması

Evə çatdırılma

Aparıcı Zeynəb Xanlarova barədə: Adamın ürəyi partlayar

Şou

07 Dekabr 2024 13:56 9506


Dünən Zeynəb Xanlarovanın yeni görüntülərinə baxıb təsirləndim. Yaş öz sözünü deyir. Gözümüzdə Zeynəb xanım hər zaman Zeynəb xanımdır. Amma o qədər pis oldum”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri Zaur Baxşəliyev aparıcısı olduğu “Zaurla Günaydın” verilişində deyib.

O, sosial şəbəkədə yayılan 87 yaşlı Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntülərindən söz açıb: pizza

“Zeynəb xanımın yeni görüntülərini görəndən sonra Günaya dedim ki, necə etibarsız bir dünyadır. Bir neçə ildən sonra Allah ömür versin, biz də Zeynəb xanım kimi yaşlaşanda, özümüzə baxanda... Adamın ürəyi partlayar. Nə bilim, belə qəribə oldum.

Uşaqlığımın Zeynəbinin elə yaşlanması açıq deyəcəyəm məni çox təsirləndirdi. Sənətkarın sənəti varsa, musiqisi yaşayırsa demək ki o ömür boyu gəncdir. Gəncdir niyə? Çünki səndə o gənc nəsil ilə yaşayırsan və onlarda böyüyür, dinləyir, qulaq asır. O başqa bir şeydir. Həmin görüntülərə baxıb Zeynəb Xanlarovanın yaşlandığını hiss elədim. Bəzən evdə doğmanın da, ananın da yaşlandığını hiss eləyirsən. Mən onda o yaşlanmağını hiss elədim və qəribə oldum”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    XALQ YALNIZ ÖZÜNÜ DÜŞÜNƏN ZEYNƏBLƏRİ, ZAURLARI SEVMİR.
    1 year ago