Apo: “Türk-kürd qardaşlığını gücləndirmək təcili vəzifədir”

saytların hazırlanması

Evə çatdırılma

Apo: “Türk-kürd qardaşlığını gücləndirmək təcili vəzifədir”

Dünya

29 Dekabr 2024 14:22 551


PKK-nın həbsdə olan lideri Abdullah Öcalan “türk-kürd qardaşlığının gücləndirilməsinin həyati əhəmiyyət kəsb etdiyini” deyib.

Yenisabah.az AFP-yə istinadla xəbər verir ki, o, prezident Rəcəb Tayyib Ərdoğan və Baxçalının başlatdığı “prosesə töhfə verməyə hazır” olduğunu bəyan edib.

Bəyanat Demokratiya və Bərabərlik Uğrunda Hərəkat Partiyası (DEM) üzvlərini həbsxanaya səfərindən sonra verilib. pizza mizza

Öcalanın sözlərinə görə, “türk-kürd qardaşlığını yenidən gücləndirmək təkcə tarixi məsuliyyət deyil, həm də bütün xalqlar üçün təcili vəzifədir”. 

PKK-nın qurucusu 25 ilə yaxındır ki, kənar təmaslardan təcrid olunub. O, 1999-cu ildə Keniyada keçirilən böyük əməliyyat zamanı həbs olunub və əvvəlcə edam cəzasına məhkum edilib. Lakin Türkiyə 2004-cü ildə ölüm hökmünü ləğv etdikdən sonra onun cəzası ömürlük həbslə əvəzlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!