APOEL baş məşqçisi Paolo Trametsani istefaya göndərib.
“Yeni Sabah” klubun rəsmi saytına istinadən xəbər verir ki, onunla müqavilə qarşılıqlı razılaşma əsasındason qoyulub. İddialara görə, italiyalı mütəxəssisin göndərilməsinə səbəb Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın APOEL-i öz meydanında 1:2 hesabı ilə udması olub. “Qarabağ”la Bakıda avqustun 13-də keçiriləcək cavab matçına kimi komandaya baş məşqçi kimi almaniyalı Tomas Dolun gətiriləcəyi deyilir.
Qeyd edək ki, P.Trametsani 2018-ci ildən APOEL-i çalışdırırdı. Sezar pizza
Telegram kanalımız