APOEL – “Qarabağ” matçının hakim təyinatları açıqlandı

APOEL – “Qarabağ” matçının hakim təyinatları açıqlandı

İdman Veb saytların hazırlanması

03 Avqust 2019 15:07 1259


"Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-lə (Kipr) ilk oyununun hakim təyinatları açıqlanıb. 

"Yeni Sabah" xəbər verir ki, qarşılaşmanı italiyalı Davide Massa idarə edəcək. Ona həmyerliləri Fabiano Preti və Alberto Tegoni yardımçı olacaq. Dördüncü hakim funksiyasını Rosario Abisso yerinə yetirəcək.

Qeyd edək ki, komandalar arasındakı səfərdə keçiriləcək ilk matça 6 avqust Bakı vaxtı ilə 21:00-da start veriləcək. Cavab qarşılaşması isə 13 avqust Bakıda Tofiq Bəhramov adına stadionda yerli vaxtla 20:30-da başlayacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!