“Apple”a qarşı araşdırma başlanır: Gerçəklər ortaya çıxacaq

saytların hazırlanması

Evə çatdırılma

“Apple”a qarşı araşdırma başlanır: Gerçəklər ortaya çıxacaq

Dünya

06 Fevral 2025 10:57 189


Çin “Apple”-ın siyasətləri ilə bağlı araşdırma apara bilər.

Yenisabah.az-ın məlumatına görə, Çinin rəqabət qurumu “Apple”-ın siyasətləri və tətbiq tərtibatçılarından aldığı ödənişlərlə bağlı mümkün bir araşdırma üçün ilkin addımlar atır.

Qurum “Apple”-ın tətbiqdaxili alış-verişlərdən 30%-ə qədər komissiya tutması, xarici ödəniş xidmətlərini və mağazalarını qadağan etməsi ilə bağlı siyasətləri araşdırır. Məlumata görə, qurumun rəsmiləri ötən ildən bəri “Apple” rəhbərləri və tətbiq tərtibatçıları ilə görüşlər keçirir. Dominos pizza

Məsələ ilə bağlı “Bloomberg”-ə danışan mənbələr bildiriblər ki, çinli tənzimləyicilər “Apple”-ın yerli tərtibatçılardan həddindən artıq yüksək ödənişlər tələb etdiyinə inanırlar. Eyni zamanda, üçüncü tərəf tətbiq mağazalarının və alternativ ödəniş sistemlərinin bloklanmasının rəqabətə mane olduğu və yerli istehlakçılara zərər verdiyi vurğulanır.

Məlumatda qeyd olunur ki, əgər Apple bu siyasətləri dəyişdirməkdən imtina edərsə, Çin hökuməti rəsmi araşdırmaya başlaya bilər.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!