Aprel şəhidi Sənan Axundovun mənzilinin pulunu mənimsəyən MMC rəhbəri azadlığa çıxması üçün məhkəməyə müraciət edib.
“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) etmə maddəsi ilə məhkum olunan Babayev Ələkbər Tofiq oğlu şərti azadlğa çıxması üçün cəza çəkdiyi cəzacəkmə müəssisəsindən Xəzər Rayon Məhkəməsinə ərizə göndərib.
Xatırladaq ki, şəhid Sənan Axundovun qayınatası Zeynalov Novruz Qafar oğlu 13.08.2008-ci ildə “Kamran B.Ə” MMC ilə müqavilə bağlayaraq 50 kv.m qeyri-yaşayış sahəsini 64.480 manata alıb, lakin pulun 53.480 manatını hissə-hissə ödəyib, 11.000 manatını ödəməyib. pizza
Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2013-cu il tarixli hökmü ilə “Kamran B.Ə” MMC-nin rəhbərləri Babayev Ələkbər Tofiq oğlu, Hüseynov German İsmayıl oğlu CM-nin 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə məhkum olunub. Qeyd edək ki, German İsmayılov prezidentin sonuncu əf sərəncamı ilə azadlığa çıxıb. Həmin hökmlə Novruz Zeynalov zərərçəkmiş kimi tanınıb və onun saxta müqavilə əsasında 53.480 manat pulunun cinayətkarlar tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi müəyyən edilib. Hökmdə qərara alınıb ki, Babayev Ələkbər Tofiq oğlunun, Hüseynov German İsmayıl oğlunun və Əliyev Süleyman Adil oğlunun üzərinə həbs qoyulmuş əmlakları hesabına 53.480 manat pul tutularaq Novruz Zeynalova ödənilsin. Sonradan həmin hissə Apellyasiya məhkəməsi tərəfindən hökmdən çıxarılıb ki, Novruz Zeynalovun mülki iddiası olmayıb.
“Bundan sonra Novruz Zeynalov Yasamal məhkəməsində qanuni qüvvəyə minmiş hökmlə səlahiyyətsiz hesab olunan “Kamran B.Ə” MMC-yə qarşı 2 noyabr 2017-ci ildə iddia qaldıraraq 50 kv.m qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınmasını xahiş edib. İddianın təmin olunmasına dair rayon məhkəməsinin qətnaməsini ləğv edən Apellyasiya məhkəməsi nəticəyə gəlib ki, iddiaçının bağladığı müqavilə hökmlə “saxta müqavilə” olduğundan mülki hüquqda əhəmiyyətsiz əqd hesab olunmaqla tərəflər üçün heç bir hüquq və vəzifə yaratmır”.
“Kassasiya Məhkəməsi Apellyasiya Məhkəməsinin mövqeyi ilə razılaşmış 28 mart 2019-cu il tarixli qərarla qətnaməni dəyişdirmədən saxlamışdır. Mübahisələndirilən müqavilə mənzillə əlaqədar deyil, 50 kv.metrlik qeyri-yaşayış sahəsi ilə əlaqədar olmuşdur. Müqaviləni 2008-ci ildə Novruz Zeynalov bağlamışdır.
Belə ki, 2016-cı ilin aprel döyüşlərində iddiaçının qızı Nəcibənin əri Sənan Axundov həlak olduqdan sonra Novruz Zeynalov müraciət edərək, həmin qeyri-yaşayış sahəsini şəhid kürəkəninin vəsaiti hesabına almasını bildirmişdir. Novruz Zeynalov hökmədən sonra məhkəmədə obyektin onun sahibliyinə verilməsinə dair 2017-ci ildə iddia qaldıran zaman obyekti şəhid kürəkəninin vəsaiti hesabına əldə etdiyini bildirmişdir.
Qeyd edək ki, “Kamran” MMC-nin sahibləri həbs edildikən sonra inşa edilən bina Şərurlu İsfəndiyarın sahibliyinə keçmiş, o isə həmin sahəni Sənan Axindovun ailəsinə vermək üçün əlavə ödəniş tələb etmişdir. Birinci xanım Mehriban Əliyeva məsələyə qarışdıqdan sonra şəhidin ailəsini mənzillə təmin edilmişdi.
Azər İsrafilov
Telegram kanalımız