Apreldən veteranlara aylıq təqaüd təyin olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Apreldən veteranlara aylıq təqaüd təyin olunacaq

Sosial

25 Mart 2019 17:09 744


Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin  aylıq təqaüdü təyin olunacaq.

“Yeni Sabah” xəbər verir ki, Prezident İlham Əliyevin 25 fevral 2019-cu il tarixli Sərəncamında müharibə veteranları üçün Prezidentin aylıq təqaüdünün təsis olunması nəzərdə tutulur. Sərəncama uyğun olaraq, aprelin əvvəlindən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət (55 manat) əvəzinə, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə (11 manat) əvəzinə Prezidentin 80 manat məbləğində aylıq təqaüdü təyin olunacaq.

Bu da 80 min nəfərdən ibarət müharibə veteranlarına dövlət dəstəyinin əhəmiyyətli şəkildə artırıldığını göstərir. Sezar pizza

Qeyd olunan təqaüdün ödənilməsi üçün il ərzində əlavə 80 milyon manat əlavə vəsait ayrılacaq. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!