Aprelin 10-u ilə bağlı   XƏBƏRDARLIQ – Günorta saatlarında…

saytların hazırlanması

Evə çatdırılma

Aprelin 10-u ilə bağlı XƏBƏRDARLIQ – Günorta saatlarında…

Sosial

09 Aprel 2026 21:41 23547


Günəş səthində yaranmış koronal dəliyin aprelin 10-u günorta saatlarında Yer kürəsinə təsiri gözlənilir.

"Yeni Sabah" xəbər verir ki, bu hal geomaqnit fırtınalarının yaranmasına gətirib çıxara bilər.

Məlumat verir ki, müvafiq açıqlama Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası, həmçinin qurumun Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu tərəfindən verilib. Sezar pizza

Təşkilatın hesabatında qeyd olunur ki, cümə günündən başlayaraq şənbə, hətta bazar gününədək davam edəcək 2-3 günlük narahatlıq yaşana bilər. Əsas təsir mənbəyi hesab edilən koronal dəliyin fəallığının sabah günorta radələrində özünü göstərəcəyi ehtimal edilir.

Bir müddət öncə aprelin 10-da Yerdə geomaqnit fırtınasının başvermə ehtimalının 50 faizdən artıq olacağı açıqlanıb.\Milli.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!