Aqasandyan Moskvadan İrəvanı hədələdi

saytların hazırlanması

Evə çatdırılma

Aqasandyan Moskvadan İrəvanı hədələdi

Dünya

01 May 2025 11:18 279


Ermənistanın ittifaq müqaviləsini pozduğu halda, Aİİ (Avrasiya İqtisadi İttifaqı) üzv dövlətlərin maraqlarını qorumaq üçün beynəlxalq hüquqi sənədlərə malikdir.

Yenisabah.az RIA NOvosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Aqasandyan bildirib.

O deyib: “Əgər İrəvan Aİİ qanunvericiliyinə zidd addımlar atsa və əslində, bunun baş verməyəcəyinə ümid edirik,  Aİİ haqqında Müqaviləni mahiyyətcə pozacaqsa, assosiasiyaya üzv olan digər dövlətlərin maraqlarını qorumaq üçün lazımi beynəlxalq hüquqi mexanizmlər var”. pizza mizza

Aqasandyan qeyd edib ki, Ermənistan heç vaxt açıq şəkildə və ya ikitərəfli təmaslar zamanı müqavilədən çıxmaq niyyətini bəyan etməyib, əksinə, ittifaq çərçivəsində danışıqlarda fəal iştirak edir. Bu, onun Avrasiya inteqrasiyasının inkişafında maraqlı olduğunu təsdiqləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!