Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti iclası keçirilib.
İlk olaraq Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanuna əlavə və dəyişikliklərin edilməsi təşəbbüsünün AQC tərəfindən əvvəllər dəfələrlə irəli sürüldüyü qeyd olunub və bildirilib ki, sözügedən qanuna dəyişikliklərin qəbulu zəruridir.
AQC İdarə Heyətinin sədi Vüqar Orucun Cəmiyyətin ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə verdiyi açıqlamada bildirilir ki, AQC rəhbərliyi bununla bağlı müvafiq komissiya yaradılması, əlavə və dəyişiklilkər barədə təkliflər isə isə şəffaf və ictimai müzakirəyə açıq şəkildə, bütün üzvlərin iştirakı ilə qəbul edilməsinin zəruriliyini vurğulayıb. pizza sifarişi
İclasda qeyd olunub ki, hazırkı qanunvericiliyə əsasən, qiymətləndirmə fəaliyyəti beynəlxalq təcrübəyə uyğunlaşdırılmalı və 9 istiqamət birləşdirilərək 3 fəaliyyət ilə məhdudlaşdırılmalıdır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rəqabət Məcəlləsinə, şəffaflığa və ədalət prinsiplərinə uyğun olaraq qiymətləndirmə sektorunun tənzimlənməsində Qazaxıstan modelinə üstünlük verilməsini təklif edir. Belə ki, bu modeldə tənzimləmə həm müvafiq dövlət qurumları, həm də tənzimləyici təşkilatlar tərəfindən həyata keçirilir. Tənzimləyici təşkilatlar dedikdə, hər hansı bir qurum deyil, qiymətləndiricilərin qanun çərçivəsində fəaliyyət göstərən birlikləri nəzərdə tutulur. Qazaxıstanda mövcud olan 4 palata var ki, burada hər bir palatada minimum 30 şirkət və ya qiymətləndirmə mütəxəssisi könüllü şəkildə birləşərək qiymətləndirmə fəaliyyətini həyata keçirə bilir. Bu sektorda tək hakimiyyətliliyin qarşısının alınması və rəqabət mühitinin formalaşması üçün vacib məqamdır.
Telegram kanalımız