Aktyor Rza Rzayevin 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediməsi və bacısı oğlunun isə şərti cəza ilə cəzalandırılması cəmiyyətdə birmənalı qarşılanmayıb.
Hadisə ilə bağlı hadisədə adıçəkilən Tural Mirzaliyev facebook səhifəsində məsələyə münasibət bildirib, baş verənlərə açıqlama verib. Əvvəl T. Mirzalıyevin statusunu nəzərdən keçirək:
“İndi yazacağım mövzuya toxunmayacaqdım. Madam ki özləri yaydılar, mən də açıqlayım. Rza Rzayev məni söyüb, təhqir edib, vurub. Bütün bunları bağışlamaq olardı. Qızımı və anamı təhqir etməyini bağışlamadım. Bu gün Bakı Apellyasiya Məhkəməsi Rza Rzayev barədə iki il həbs, bacısı oğlu barədə şərti iş qərarı çıxardı. Mən dəfələrlə qohumları, dostları vasitəsilə ona xəbər göndərmişəm ki, buyur, danışaq, bu iftiralar nə üçündür? O isə bu təşəbbüsləri qorxaqlıq kimi qiymətləndirib, bu barədə dostlarına müsahibələr də verib. Heç kimin həbs olunması məni sevindirmir. Amma adam özü israrla bunu istəyirsə, heç nə edə bilməzsən. Pepperoni pizza
O ki qaldı vətənpərvərliyinə, türksevərliyinə…Vətənpərvər adam Ermənistan vətəndaşlığını qəbul etmək istəyi ilə məhkəməni şantaj etməz. Nə biləsən, bəlkə, həqiqətən, istəyir. Mətbuat orqanlarından xahiş edirəm ki, bunu və daha sonra yazacağım statusu da işıqlandırsınlar”.
Adalet.az xəbər verir ki, İllər əvvəl yazıçı Aqil Abbasın eyniadlı romanı əsasında çəkilmiş “Dolu” romanındakı “Drakon” obrazında rol alan aktyor Rza Rzayev məhz bu filmdəki roluna görə filmsevərlərin rəğbətini qazanıb. Çəkiliş müddətində əxlaqı, tərbiyəsi və nəzakətinə görə bütün sənət yoldaşlarının, eləcə də filmin ssenari müəllifinin də ürəyini fəht edib.
Bunu bizimlə söhbətində yazıçı, Milli Məclisin deputaı Aqil Abbas etiraf etdi. Yazıçı Rzanın vətənpərvərlik və türkçülük hisslərinə məhz film çəkilən zaman şahid olduğunu bildirdi: "Rza savadlı insandı, İdarəetmə və Biznes İnstitutunun Hüquq Fakültəsini bitirib, sonra Dövlət İdarəçilik Akademiyasında ikinci təhsil alıb. 2014-cü ildə Türkiyənin Beykent Universitetinin Sinema və Televiziya fakültəsində magistr təhsili alıb. Rza istedadlı aktyordu, onun ekranda canlandırdığı obrazlar bunu təsdiq edir. Rza bacarıqlı kinorejissordur, onun çəkdiyi "Geyilməmiş ayaqqabılar"ı buna misaldı. Rza qeyrətli oğldur, vətənpərvərdir, öz evini satıb vətənpərvərlik mövzusunda film çəkən oğlandır”.
Aqil müəllim T. Mirzalıyevin Rza haqqındakı "Ermənistan vətəndaşlığını qəbul etmək istəyi” iddiasına da cavab verib:” Rza yəqin ki, bu məsələnin uzanmasına olan narazılığını belə emosional şəkildə biruzə verib. Zarafat deyil 5 ildir ki, eyni məsələnin sıxıntısını,. təlaşını yaşamaq adımı hövsələn çıxarır. Rza özünü hər bir tərəfdən sübut etmiş adamdır. O da Allahın bəndəsidir, bəndələr emosianal ola bilər, lap səhv edər, günah iş görə bilər. Amma Rzanı heç vaxt vətənpərvər olmamaqda, türkçü olmamaqda qınamaq düzgün deyil. Hamımız da bilirik ki, əgər Rza elə bir söz deyibsə, bu bir neçə dəqiqəlik əsəbdən, qəzəbdən ola bilər. Kaş bəziləri vətəni sevməyi Rzadan öyrənəydi”.
Telegram kanalımız