Aqil Abbas: O sözə görə üzr istəyirəm

saytların hazırlanması

Evə çatdırılma

Aqil Abbas: O sözə görə üzr istəyirəm

Siyasət

04 Fevral 2025 16:05 490


Deputat Aqil Abbasın Milli Məclisin fevralın 3-də keçirilən plenar iclasında etdiyi çıxış müzakirələrə səbəb olub. O, "arvad boğuşması" ifadəsini səsləndirməsinə görə Milli Məclisin sədri Sahibə Qafarovanın iradına tuş gəlib.

Yenisabah.az xəbər verir ki, Milli Məclisin spikeri Sahibə Qafarova Aqil Abbasa irad bildirərək, "arvad boğuşması, arvad davası, bu, parlament sözüdür?" - deyə soruşub.

Globalinfo.az-a danışan Aqil Abbas spikerin haqlı irad bildirdiyini qeyd edib: Pepperoni pizza

"Əslində, Sahibə xanım düz deyir. İradı normal qəbul edirəm. Doğrudan da, o söz parlamentdə deyilməli deyildi. Sadəcə, çıxış zamanı fikrimi yazıçı kimi dilə gətirmişəm. Mənim o sözümü təhqir bilənlərdən üzr istəyirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!