Aqrar Universitetin dekanı barədə cinayət işi başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Aqrar Universitetin dekanı barədə cinayət işi başlanıldı

Maraqlı

03 Fevral 2023 11:27 782


Aqrar Universitetin korrupsiya əməllərinə yol vermiş vəzifəli şəxsi barəsində cinayət işi başlanıb. 

Bu barədə "Yeni Sabah"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tələbələrdən rüşvət alan vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib. pizza mizza

Azərbaycan Dövlət Aqrar Universitetində dekan işləyən Famil Nəsibovun rəhbərlik etdiyi fakültənin bəzi tələblərinin dərslərdə iştirak etməməsi və imtahanlarda məqbul qiymətlər yazılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. 

Famil Nəsibovun üzərində və xidməti otağında aparılan axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb. 

Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb, Famil Nəsibova həmin Məcəllənin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı növündə qətimkan tədbiri seçilib. 

Digər qanunazidd halların müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!