AQTA 3 kafe və restoranı cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

AQTA 3 kafe və restoranı cərimələdi

İqtisadiyyat

27 Oktyabr 2021 18:46 1399


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 406 ictimai iaşə obyektində 726 monitorinq keçirib.

AQTA-dan Yenisabah.az-a verilən məlumata görə, monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: pizza mizza

1. Bakı şəhəri, Səbail rayonu, Badamdar ştq, Ə.Nəzərov küçəsində yerləşən, fiziki şəxs Hacıyev Sənan Xaliq oğluna məxsus kafe;

2. Bakı şəhəri, Xətai ‎ rayonu, Babək pr. 56 ünvanında yerləşən, hüquqi şəxs "Resant Consulting And Managment" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Mala Praga” restoranı;

3. Bakı şəhəri, Nizami‎ rayonu, Qarayev pr. 39 ünvanında yerləşən, hüquqi şəxs "Es-Er" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Biz-bizə” restoranı.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!