AQTA adından rüşvət alanın görüntüləri yayıldı

saytların hazırlanması

Evə çatdırılma

AQTA adından rüşvət alanın görüntüləri yayıldı

Kriminal

17 Aprel 2019 18:29 1038


Bir neçə gün əvvəl Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) adından rüşvət toplayan şəxslərlə bağlı məlumat və hadisənin video görüntüsü ictimaiyyətə təqdim olunub. Aprelin 12-də Agentliyin 1003 “Qaynar xətt”inə qurumun adından istifadə edən növbəti şəxslə bağlı şikayət daxil olub.

“Yeni Sabah” xəbər verir ki, araşdırma zamanı özünü AQTA əməkdaşı kimi təqdim edən şəxsin Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Zaqatala” kafesinin sahibindən qanunsuz olaraq 39 manat 80 qəpik pul alması ilə bağlı şikayət öz təsdiqini tapmışdır. Belə ki, kafenin sahibi tərəfindən əvvəlcədən mağazada quraşdırılmış kamerada həmin şəxsin video görüntülərinin olduğu müəyyən  olunub.

Qida Təhlükəsizliyi Agentliyi görüntülərdə əks olunan həmin  şəxsin Agentliyin  əməkdaşı olmadığını bildirir və faktla bağlı qanunvericilik çərçivəsində tədbirlərin görülməsi üçün məlumatların hüquq-mühafizə orqanlarına göndərildiyini diqqətə çatdırır. Dördpendirli pizza

Agentlik sahibkarlara özünü qurumun əməkdaşı kimi təqdim edən şəxslərdən ilk növbədə xidməti vəsiqələrini və yoxlama haqqında müvafiq sənədi təqdim etmələrini tələb etməyi tövsiyə edir. Hər hansı şübhəli məqam olduğu təqdirdə hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Qaynar xətt”inə məlumat verməyi xahiş edir. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!