Azərbaycanda bəzi kərə yağlarında uyğunsuzluq aşkarlanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
"Westfood" və "Beloruskiy Kray" yağlarından götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyalarında bitki sterinləri (Kampesterin, Stiqmasterin, Beta-sitosterin), eyni zamanda normativ sənədlə bu növ məhsulun tərkibində istifadəsinə icazə verilməyən qida əlavələri (Sorbin və Benzoy turşuları) aşkarlanıb. pizza
Faktla bağlı Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilərək qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.
Telegram kanalımız