AQTA-dan reyd: Bu obyektlərdə pozuntular aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

AQTA-dan reyd: Bu obyektlərdə pozuntular aşkarlandı

Hadisə

12 İyul 2021 17:01 595


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan Yenisabah.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyulun 11-də ölkə üzrə 378 ictimai iaşə obyektində 635 monitorinq keçirilib. Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: Dördpendirli pizza

1. Bakı şəhəri, Səbail ‎rayonu, Kiçik qala 19 ünvanında yerləşən, fiziki şəxs Nəcəfli Abbas Həbib oğluna məxsus “Manqal old” restaranı;

2. Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən, fiziki şəxs Əliyev Rasim Oruc oğluna məxsus kafe;

3. Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən, fiziki şəxs Hüseynov Arif Nəriman oğluna məxsus kafe;

4. Kürdəmir rayonu, Karrar ünvanında yerləşən, fiziki şəxs Ağayev Tural Firidun oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!