AQTA: Son on ayda 42 qida zəhərlənməsi hadisəsi olub

saytların hazırlanması

Evə çatdırılma

AQTA: Son on ayda 42 qida zəhərlənməsi hadisəsi olub

Sosial

27 Noyabr 2025 17:11 575


10 ərzində 384 nəfər zərərçəkənin olduğu 42 təsdiqini tapmış qida zəhərlənməsi hadisəsi qeydə alınıb.

"Yeni Sabah" report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qida zəhərlənmələrindən çoxunun (26 hadisə - 171 zərərçəkən) məişət zəminində baş verdiyi müəyyən edilib. pizza hut

Zəhərlənmələrə daha çox konservləşdirilmiş məhsulların (8 hadisə) səbəb olduğu aşkar edilib.

İctimai iaşə müəssisələrində baş verən zəhərlənmələr (13 hadisə - 198 zərərçəkən) isə daha çox dönər (6 hadisə) və digər qarışıq qidalardan (7 hadisə) olub.

Bu dövr ərzində qida zəhərlənməsi hadisəsindən ölüm halı qeydə alınmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!