Ermənistan Xarici İşlər Naziri vəzifəsini icra edən Ara Ayvazyan istefa səbəblərini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, Ayvazyan nazirlik əməkdaşları ilə vidalaşarkən bu qərarı verməyin onun üçün çətin olduğunu deyib:
“Vəzifəyə gələndə mənim üçün meyar nazirliyin suverenliyimizi, müstəqilliyimizi, dövlətimizi və milli maraqlarımızı qəti şəkildə qorumalı olması idi. Ümid edirəm ki, sizin inamınızı sarsıtmıram. Sadəcə bilməyinizi istəyirəm ki, Xarici İşlər Nazirliyinin milli və dövlət maraqlarına qarşı yönəlmiş təşəbbüsləri təsdiqləyə biləcəyinə dair şübhələrin qarşısını almaq üçün istefa edirəm”. Marqarita pizza
Telegram kanalımız