Qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) “prezidenti” Araik Arutyunyan münaqişə bölgəsindən qaçıb.
Yenisabah.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. Bildirilir ki, Arutyunyan hazırda Ermənistandadır.
Separatçı rejimin rəhbərinin özü də sosial şəbəkədə Ermənistana köçdüyünü qeyd edib. “Əziz Artsax vətəndaşları, müvəqqəti olaraq Ermənistan Respublikasına köçdük”, - deyə o bildirib. pizza
Dünən “DQR” hökumətinin Ermənistana köçürüldüyü barədə məlumat yayılmışdı. Həmçinin qondarma rejimin inzibati mərkəzi olan Xankəndi şəhərinin də artıq boşaldığı barədə məlumatlar var.
Telegram kanalımız