Araik Arutyunyanın tapança hədiyyə etdiyi şəxs İrəvanda silahlı insident törətdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Araik Arutyunyanın tapança hədiyyə etdiyi şəxs İrəvanda silahlı insident törətdi - Foto

Hadisə

19 Oktyabr 2023 22:34 542


Qarabağ separatçılarının keçmiş rəhbəri Araik Arutyunyanın tapança hədiyyə etdiyi şəxs Ermənistanın paytaxtı İrəvanda silahlı insident törədib.

Yenisabah.az xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat verilib.

Məlumata görə, hadisə A.Qriboyedov küçəsində qeydə alınıb. İnsidenti törədən şəxs saxlanılıb. Məlumata görə, bu, İrəvanın 50 yaşlı sakini Arman A.-dır. Ondan 8 ədəd patronla dolu “Beretta” markalı tapança aşkar edilərək maddi sübut kimi götürülüb. Dominos pizza

O, polisə bildirib ki, tapançanı 2023-cü ildə Arayik Arutyunyandan hədiyyə alıb.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!