Araik iki separatçını təltif etdi

saytların hazırlanması

Evə çatdırılma

Araik iki separatçını təltif etdi

Rəsmi

20 Fevral 2021 10:29 895


Qondarma rejimin başçısı Araik Harutyunyan 1980-ci illərin sonlarından başlayaraq “Qarabağın azadlığı hərəkatının” öncülərindən olan İqor Muradyan və Vigen Şirinyanı ölümündən sonra “Artsax Qəhrəmanı” medalı ilə təltif etdi. 

Yenisabah.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. Harutyunyan çıxışı zamanı bu şəxslərin ermənilərin Qarabağla bağlı çoxillik arzusunun yerinə yetirilməsində xüsusi xidmətlərinin olduğunu deyib.

Xatırladaq ki, 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin növbədənkənar sessiyasında "Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-ə verilməsi haqqında" SSRİ Ali Sovetinə müraciət qəbul olunub. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!