Araik təcili Moskvaya - “FSB”də söhbətə çağırıldı?..   - Erməni KİV

saytların hazırlanması

Evə çatdırılma

Araik təcili Moskvaya - “FSB”də söhbətə çağırıldı?.. - Erməni KİV

Hadisə

21 Aprel 2021 19:17 1357


Azərbaycan dövlətinin 6 aydan çoxdur "İnterpol"la aradığı Qarabağın baş separatçısı Araik Arutyunyanın təcili olaraq Moskvaya çağırılması haqda informasiyalar yayılıb.

Yenisabah.az xəbər verir ki,  bu barədə Ermənistanın “Hraparak” qəzeti öz mənbələrinə istinadla yazıb.

Qəzetin yazdığına görə, Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri Moskvada Arutyunyanla qeyri-rəsmi görüşlər keçirəcəklər. pizza sifarişi

"Hraparak" Xankəndidəki separatçı erməni rejiminin mətbuat katibi Lusine Avanesyana bu haqda sual versə də, o, məlumatı şərh etmək istəməyərək “Hal-hazırda danışacaq bir sözüm yoxdur" -deyib.  “A.Arutyunyanın Moskvaya getməsi faktını inkar edirsinizmi?” sualına isə  Avanesyan belə cavab verib: "Şərhlərə ehtiyac yoxdur...".

Erməni nəşri hesab edir ki, Moskvada Araikə  Ermənistan baş naziri Paşinyanla münasibətləri Rusiyanın maraqlarına uyğun tənzimləməyi, onun arzularının çoxunun separatçı rejimin gələcəyinə zidd olduğunu anladacaqlar./Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!