Araik Xocalı ərazisində sement zavodu açdı

saytların hazırlanması

Evə çatdırılma

Araik Xocalı ərazisində sement zavodu açdı

Rəsmi

20 Sentyabr 2021 08:42 6390


Qarabağda Rusiya hərbi kontingentinin himayəsindəki separatçı rejim sement və başqa tikinti materialları istehsal edəcək zavod açıb.

Erməni mediasının yaydığı məlumata görə,  bu haqda separatçı-kriminal xuntanın başçısı sayılan Araik Arutyunyan öz “Facebook” səhifəsində yazıb.

O bildirib: Sezar pizza

“Əziz həmvətənlər! Artsaxda müasir bir sement zavodunun inşası proqramının investoru ilə 2020 -ci ilin sentyabrında bizə qarşı başlanan müharibəni müzakirə etdik.

Müharibədən sonra sahibkar nəinki biznes ideyasından əl çəkmədi, həm də onu tam şəkildə həyata keçirdi. İnvestisiya proqramının dəyəri təxminən 2 milyon ABŞ dolları idi. Zavod sementdən başqa, digər tikinti materialları da istehsal edəcək. Əminəm ki, bu materiallar Artsaxdakı genişmiqyaslı tikinti işlərində geniş tətbiqini tapacaq"-   Araik belə yazıb.

Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, sözügedən sement zavodu Azərbaycanın keçmiş "Əsgəran rayonu" deməli, indiki Xocalı rayonu ərazisində tikilib. /Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!