Araiki parodiya edən siyasi fəal döyüldü    - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Araiki parodiya edən siyasi fəal döyüldü  - Fotolar

Hadisə

21 Avqust 2023 13:18 906


Separatçı rejimin “rəhbəri” Araik Arutyunyanı təqlid edən siyasi fəal polis tərəfindən döyülüb. 

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, “Facebook”da qondarma qurumun “lideri” A.Arutyunyanı tez-tez təqlid və ona lağ edən siyasi fəal Davit Minasyan polisə aparılaraq döyülüb. Fəalın sözlərinə görə, o, polis idarəsində müxtəlif dərəcəli zorakılığa məruz qalıb. 

“Mən indi azadam, amma şikayətlərim çoxdur. Bilmək istəyirəm ki, niyə polis məni tutub Əsgəran polis bölməsinə aparıb və 1 gecə orada saxlayıb? Pepperoni pizza

Onlar məni döydülər, buna görə cavab verməlidirlər. Axı hansı haqla döyüblər?”, - o, sosial şəbəkə hesabında yazıb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!