Araikin Bakıdakı etirafı Paşinyanı qorxutdu

saytların hazırlanması

Evə çatdırılma

Araikin Bakıdakı etirafı Paşinyanı qorxutdu

Siyasət

26 Yanvar 2025 10:41 366


Hərbi cinayətlərdə ittiham olunan Araik Arutyunyanın Bakıda keçirilən məhkəmədə öz təşəbbüsü ilə söz alaraq, Gəncənin gecə vaxtı, insanlar yatdığı halda və deməli, daha çox mülki əhalinin qətli üçün raketlərlə vurulması haqqında qərarı onun vermədiyi haqqında sözləri Ermənistan Baş naziri Nikol Paşinyanı ciddi şəkildə narahat edib.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, Paşinyan ötən gün Ermənistanın İctimai Televiziyasına müsahibəsində dolayısı ilə bu barədə danışıb.

Belə ki, Araik Arutyunyanın məhkəmə zamanı Gəncə və digər Azərbaycan şəhərlərini vurmağı əmr edən və mülki əhalinin kütləvi qətlinə səbəb olan şəxsin kim olduğunu deyə biləcəyi ehtimalına qarşı Paşinyan “hazırlıq” görüb. İddia edib ki, guya “regional gərginliyi qızışdırmağa yönəlmiş ifadələr almaq üçün bu insanlara qarşı psixikaya təsir edən, qadağan olunmuş narkotiklərdən” istifadə olunur və “həmin məhkəmə Ermənistana (oxu: Paşinyana – red.) qarşı istifadə ediləcək”. Marqarita pizza

Bu sözləri, əslində, Paşinyanın etirafı da adlandırmaq olar. Çünki Ermənistan silahlı qüvvələrinin ali baş komandanı Paşinyandır.

Qeyd edək ki, Araik Arutyunyan Gəncəni vurmaq qərarını vermədiyini, bu qərarı verməyə səlahiyyətinin belə çatmadığını məhkəmədə etiraf edib. O, 44 günlük müharibə zamanı Gəncənin vurulmasını özünün əmr etdiyi barədə yaydığı videonu yada salaraq, bu videonun çəkilmə səbəbi haqda istintaqa ifadəsində danışdığını bildirib. Eyni zamanda, bu hadisəyə görə Azərbaycan xalqından üzr istəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!