Araikin “sağ əli” 10 milyon dollarla Fransaya qaçdı - Xankəndidə   ŞOK QALMAQAL

saytların hazırlanması

Evə çatdırılma

Araikin “sağ əli” 10 milyon dollarla Fransaya qaçdı - Xankəndidə ŞOK QALMAQAL

Rəsmi

01 May 2022 14:43 480


Xankəndidəki separatçıların “ərazi idarəetmə naziri” Hayk Xanumyan Fransaya qaçıb.

Yenisabah.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə Araik Arutyunyanın ən yaxın adamı hesab edilən Xanumyan dələduzluq edərək külli miqdarda pul götürərək Fransaya qaçıb. pizza hut

Hayk Xanumyanın bir neçə nəfərə toplam 10 milyon dollara yaxın pul “atdığı” üzə çıxıb.

Belə ki, müharibədən sonra Qarabağda bir sıra əkin sahələrinə sahiblənmə, habelə tikilən yeni evlərdən mənzillə təmin olunması, eyni zamanda, işə düzəltmə adı altında Xanumyan bir çoxlarına vəd verib və pul alıb.Xanumyanın aprelin 23-dən Ermənistana getdiyi və buradan Parisə uçduğu bildirilir. Erməni mediası iddia edir ki,  Xanumyan “Ameribank”da 2020-ci ildə 640 min dollar kredit götürüb və bu vəsaiti də bu günə qədər ödəməyib.

Qeyd edək ki, erməni mediasının məlumatına görə Hayk Xanumyanın hətta Araik Arutyunyana məxsus olan böyük meyvə bağlarını girov qoyaraq külli miqdarda pul krediti götürməsi də məlum olub./Redaktor.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!