Araikin xuntası Qarabağdakı mülki ermənilərin asan silahlanması üçün “qanun”  hazırlayır...

saytların hazırlanması

Evə çatdırılma

Araikin xuntası Qarabağdakı mülki ermənilərin asan silahlanması üçün “qanun” hazırlayır...

Rəsmi

16 Mart 2021 21:10 1661


Xankəndindəki qanunsuz  “qanunverici” qurumun “Demokratiya” fraksiyasının üzvü Qeqam Stepanyanın təşəbbüsü ilə Qarabağda sülənən mülki ermənilərin silaha yiyələnmə prosedurunu yüngülləşdirən “qanun” layihəsi hazırlanıb.

Yenisabah.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb. 

Layihəyə əsasən mülki ermənilərin ov tüfənglərinə yiyələnməsinə əvvəllər qoyulan bir çox məhdudiyyətlər aradan qaldırılır.  Bundan sonra iki il hərbi xidmətdə olmuş və silahla davrana bilən hər bir Qarabağ ermənisi asanlıqla müxtəlif ov tüfənglərinə yiyələnə biləcək. Həmçinin, sandığında 10-dan artıq güllə olan silahlara qoyulan məhdudiyyət də götürüləcək. Əgər belə bir “qanun” qəbul edilsə, Azərbaycan torpaqlarındakı ermənilərin hər biri indiyədək olduğu kimi, 3 deyil, 5 silaha yiyələnmək “hüququ”na malik olacaq.  pizza sifarişi

Layihə müəllifləri öz təşəbbüslərini 44 günlük savaş zamanı və ondan sonra bir çoxları Azərbaycan hərbçiləri ilə üz-üzə olan məntəqələrdə yaşayan  Qarabağdakı  “dinc ermənilərin müdafiəsiz durumda qalması” və onların özünümüdafiə imkanlarını genişləndirmək məqsədi ilə əsaslandırdıqlarını bildiriblər. /Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!