“Aramızda indiyə qədər belə söhbət olmamışdı” - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Aramızda indiyə qədər belə söhbət olmamışdı” - Paşinyan

Siyasət

13 Noyabr 2024 18:25 1518


Ermənistan Baş naziri Nikol Paşinyan Kazanda BRICS sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü çox əhəmiyyətli adlandırıb.

Report-un erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, Paşinyan bunu çərşənbə günü "hökumət saatı" çərçivəsində danışarkən deyib.

“BRICS sammitində iştirakı çox vacib və səmərəli hesab edirəm. Azərbaycan Prezidenti ilə əvvəlcə şəxsən, sonra isə geniş tərkibdə görüşdən məmnunluğumu ifadə etmək istəyirəm. Qeyd etməliyəm ki, aramızda belə uzun söhbət çoxdan və ya heç vaxt olmayıb. Çox vacib söhbət baş tutdu", - deyə baş nazir bildirib. pizza sifarişi

Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan sülh şəraitində yaşamaq üçün təkcə sülh sazişinə və ya digər sazişlərə deyil, qarşıdakı əsrlərdə hansı modellər çərçivəsində müstəqil ölkələr kimi yanaşı yaşamağa hazırlaşdığımız barədə strateji sövdələşməyə ehtiyac var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!