Ararat valisi: “Kərki kəndinin Azərbaycana qaytarılması...“

saytların hazırlanması

Evə çatdırılma

Ararat valisi: “Kərki kəndinin Azərbaycana qaytarılması...“

Rəsmi

10 Sentyabr 2021 13:51 1557


Vali vəzifəsindən istefa müraciəti edən Ararat valisi Razmik Tevonyan Kərki (Tiqranaşen) kəndinin Azərbaycana təslim olması ilə bağlı şayiələri təkzib edib.

Yenisabah.az xəbər verir ki, Tevonyan bunu "Facebook" səhifəsində yazıb.

“Əziz vətəndaşlar, artıq bilindiyi kimi, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana Ararat vilayətinin qubernatoru vəzifəsindən istefa verdiyim barədə ərizə təqdim etdim. Mətbuatda və müxtəlif sosial platformalarda istefamla bağlı müxtəlif versiyalar irəli sürülür".  pizza sifarişi

Vali qeyd edib ki, Kərki (Tiqranaşen) kəndinin təslim edilməsi ilə bağlı şayiələrin yalan olduğunu, bu məsələnin heç vaxt müzakirə edilməyib və müzakirə olunmayacaq.

"Zəhmət olmasa yalan və əsassız fərziyyələrdən çəkinin", - deyə Tevonyan yazıb.

Xatırladaq ki, Ermənistan hökuməti dünən keçirilən iclasında kənd icmalarının birləşdirilməsi proqramını qəbul edib.

Azərbaycanın işğal altındakı Kərki kəndi təsdiqlənmiş ərazi klasterlərindən heç birinin tərkibinə daxil olunmayıb.

Kərkini əhatə edən kənd icmalarının hamısı Ararat vilayətinin eyniadlı klasterinə daxil edilib.

Ararat şəhəri, Ararat, Arazdəyən, Avşar, Armaş, Zanqakatun, Lancar, Noyakert, Paruyr Sevak, Surevanav, Vardaşat və Urçalanc kəndləri vahid icmada birləşəcək.

Erməni mediası bu yaşayış məntəqələrinin əhatəsində yerləşən Kərki kəndinin klasterə salınmamasını onun yaxın zamanlarda Azərbaycana qaytarılması ilə bağlı yayılan xəbərlərin təsdiqi kimi qəbul edir


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!